Azərbaycanda yeni qurum yaradılacaq – Zərgərlərə nəzarət edəcəklər

12:26 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Azərbaycanda zərgərlik məmulatları, qiymətli metallar və daşlar bazarına nəzarət edəcək yeni qurumun yaradılması təklif olunub.

ABC.AZ xəbər verir ki, sözügedən təklifi “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda keçirilən sahibkarlarla görüşdə Kçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib.

Agentlik rəhbəri qeyd edib ki, hazırda zərgərlik məmulatı sektorunda bazar iştirakçıları və istehlakçılar arasında etimad şəraiti yoxdur. Onun sözlərinə görə, eləcə də qiymətli metalların və daşların keyfiyyəti və əyar göstəricilərinin müəyyən edilməsinə nəzarət olmayıb: “Bununla bağlı bütün dünyada qəbul edilmiş təcrübə var. Bu təcrübəyə uyun olaraq qiymətdəndirmə təsisatlarının yaradılması və bazara nəzarət üçün müvafiq urumun yaradılmasına ehtiyac var. Belə qurumun yaradılması həm də bazarda rəqabət mühütinin yaradılmasına və istehlakçıların hüquqlarının daha yaxşı qorunmasına şərait yaradacaq.”

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər