Meliorasiya və Su Təsərrüfatı ASC tender elan edir

14:46 - 18.02.2020


18 fevral, Fineko/abc.az.  Meliorasiya və Su Təsərrüfatı ASC- nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi istehsalatla əlaqədar olaraq 2020-ci ildə hidrotexniki qurğuların, nasos stansiyaların, subartezian quyularının ahəngdar iş rejimini təmin etmək məqsədilə əsas vəsaitlərin, nəqliyyat vasitələriinin, torpaqqazan maşın-mexanizmlərin, nasos-güc, elektrik və digər zəruri avadanlıqların satınalınması üzrə açıq tender keçirir.

Lot 1: Avtomobil nəqliyyat vasitələrinin və digərlərinin satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.

Lot 2: İstehsalat nəqliyyat vasitələrinin satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.

Lot 3: Nasos aqreqatları və digər avadanlıqların satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 06.03.2020 11:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə  18.03.2020 11:00qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 19.03.2020 11:00tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Ələddin Zahidov

Telefon: (994 12) 412-88-76

Ünvan: Bakı şəh. M.Rəsulzadə qəsəbəsi keçid 1285

Bütün xəbərlər