Dövlət Neft Fondu tender elan edir

11:25 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Dövlət Neft Fondu  nəqliyyat xidmətlərinin satın alınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.03.2020 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.03.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 30.03.2020 10:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Elşad Bağırov

Telefon: (994 12) 498 77 53, daxili: 1010

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

 

 

Bütün xəbərlər