Azərbaycanın pomidor ixracı artıb – Yanvar ayında

11:05 - 20.02.2020


20 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayından Azərbaycanın ixrac etdiyi pomidorun həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-cu ilin yanvar ayında Azərbaycandan 13 milyon 249 min dollar dəyərində 10 min 611 ton pomidor ixrac olunub. İxracın 99%-i şimal qonumuz Rusiyaya göndərilib.

Müqayisə üçün qeyd edək ki, bu 2019-cu ilin analoji dövründəki ixracdan 1497 ton və ya 16,4%, məbləğ ifadəsində isə 2 milyon 759 min dollar və ya 26,3% çoxdur.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac olunub.

 

Bütün xəbərlər