Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək - May ayında

14:03 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Bakıda mayın14 və 15-də “Fintex Sammit” maliyyə və texnologiyalar sərgisi keçiriləcək.

ABC.AZ xəbər verir ki, sammitin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq.

Tədbir “VISA” tərəfdaşlığı və Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir. Forumda Banklar və Fintex: inkişaf edən münasibətlər, ödənişlər və bank xidmətləri, bankların elektron ticarətdə meydana çıxan rolu, robotexnikaya keçid, hüquqi çərçivə, kiber təhdidlər və təhlükəsizlik, pərakəndə bankçılıq məsələləri ümzakirə olunacaq.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər