Sahibkarlara ağaclar paylana bilər - Nazirlikdən təklif

17:06 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mətbuat konfransı keçirib.

ABC.AZ xəbər verir ki, mediaya açıqlamada Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib ki, biz sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırıq.

O qeyd edib ki, bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir. M.Qəmbərov qeyd edib ki, nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil: “Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Bəzən göndərilən layihələrdə sahibkarlar tikinti aparmaq istədikləri ərazidə yaşıllığın olduğunu gizlədir. Belə hal aşkar etdikdə həmin layihəyə imtina verilir. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər