İpoteka Fondu ən çox bu məbləğlərdəki mənzillərə kredit verir – Cədvəl

16:57 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub.

ABC.AZ Fonda istinadən xəbər verir ki, Fondun portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.

Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.

İKZF-in portfelində 30.12.2019-cu il tarixinə ipoteka predmetinin dəyərinin pay bölgüsü:

İpoteka predmetinin dəyəri, AZN Portfeldə payı, AZN Portfeldə payı, %
1 60 000-90 000 756 979 491 37,41
2 30 000- 60 000 516 908 751 25,54
3 120 000 433 608 103 21,43
4 90 000-120 000 304 617 908 15,05
5 30 000 11 602 560 0,57
Bütün xəbərlər