“AccessBank” “MS Sharepoint Intranet” portalı üzrə tender elan edir

15:08 - 27.02.2020


27 fevral, Fineko/abc.az. “AccessBank” maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Tender “Microsoft SharePoint”un əsasında fəaliyyət göstərəcək “Human Resources Intranet” portalı və onun tətbiqi üzrə elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər. 

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2020-ci ilin 14 mart tarixində, saat 18.00-da başa çatır. 

 

Bütün xəbərlər