3000 manat alın, ayda 100 manat ödəyin!

11:02 - 2.03.2020


2 mart, Fineko/abc.az. Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər, aksiya çərçivəsində hər 3000 manat kredit üçün, ayda cəmi 100 manat ödəniş edəcəklər.

Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 2 aprel 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


Bütün xəbərlər