Son 3 ildə 30-a yaxın Kiçik və Orta Biznes subyektinə biznes plan yazmışıq…. və Daxili bazar araşdırması sahəsində köməklik etmişik

14:53 - 2.03.2020


2 mart, Fineko/abc.az. Son 3 ildə 30-a yaxın Kiçik və Orta Biznes subyektinə biznes plan yazmışıq…. və Daxili bazar araşdırması sahəsində köməklik etmişik 

Baker Tilly şirkətinin Biznes məsləhət xidmətləri üzrə Direktoru  Niyazi Abbasovun müsahibəsi:

 

Son illər kiçik və Orta Sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən islahatlar aparılır. Siz bu tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

Cavab. Bilirsinizmi, hər bir ölkənin  iqtisadi inkişafı Kiçik və Orta Biznes subyektlərinin inkişaf səviyyəsindən asılıdır. Ona görə də dövlətin son illərdə kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin artırılması təqdirəlayiqdir.  Biz bunu kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə subsidiya və güzəştli kreditlərin verilməsi,  güzəştli kreditlərin verilməsi, investisiya, ixrac təşviqlərinin verilməsi və ödənişsiz məsləhət xidmətlərinin göstərilməsində görə bilərik.

Kiçik və Orta sahibkarlıq subyektlərinə “Daxili Bazar Araşdırmaları”-nı həyata keçirmək üçün məsləhət xidmət haqqını qarşılamaq üçün dövlət maddi dəstək (qrant) proqramı təklif edir. Artıq bu qrant proqramından faydalanan kifayət qədər sahibkar tanıyıram.  Bu imkandan yararlanmaq istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.  

Sizin təmsil etdiyiniz şirkət (Baker Tilly) Şirkət Kiçik və Orta sahibkarlıq subyektləri ilə bu istiqamətdə əməkdaşlıq edirmi?

Bu istiqamətdə Kiçik və Orta Biznes subyektləri ilə biznes, maliyyə məsləhəti və audit xidmətləri sahəsində əməkdaşlıq edirik.  Son 2 ildə 30 a yaxın Kiçik və Orta Biznes subyektinə biznes plan yazmışıq, qiymətləndirmə və daxili bazar araşdırması sahəsində köməklik etmişik.

Baker Tilly şirkəti  KOBİA, EBRD, Dünya Bankı kimi təşkilatlar bizi Kiçik və Orta biznes subyektləri ilə əməkdaşlıq zamanı məsləhətçi şirkət kimi layihələrinə cəlb edir.  

Yeni biznesə başlayan sahibkarlara hansı istiqamətdə köməklik edə bilirsiniz?

Yeni bizneslərə Şirkətin qeydiyyatı, vergi xidmətləri, bazar araşdırmaları və maliyyə idarəetməsi sahələrində mütəmadi dəstək veririk. Texnologiya start-up ları da bizim müştəri portfelimizdə xüsusi yer alır.

Baker Tilly şirkətinin Azərbaycanda fəaliyyəti nə zaman başlayıb?

Dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.

Azərbaycan bazarında 12 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

 

 

Bütün xəbərlər