AZPROMO Çindəki tədbirləri təxirə saldı – Yeni bazarlar axtarılır

15:51 - 2.03.2020


2 mart, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) mart ayında Çin istiqamətində nəzərdə tutulmüş tədbirləri təxirə salıb.

ABC.AZ xəbər verir ki, bunu Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Çində keçiriləcək idxal sərgisinə toxunan Y.Abdullayev qeyd edib ki, ümid edirik ki, yaranmış müəyyən çətinliklərə baxmayaraq sərgidə iştirakımızı təmin edəcəyik. Fond rəsmisi yeni bazarlardan da danışıb: “Biz bazarlar müəyyənləşdiririk. Bizim işçilər əvvəlcədən yeni bazarı araşdırır, orada müəyyən görüşlər keçirir. Və bununla bağlı sahibkarlarmıza məlumat veririk. Daha sonra sərgidə həmin bazara çıxırıq. Yeni bazarlar üçün ənənəvi olaraq görüşlər Rusiya və Avropa istiqamətində olacaq”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər