İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı Açıqlama

14:24 - 3.03.2020


3 mart, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, bugünədək 5400-dən çox vətəndaş kirayə mənzil modulu üzrə elektron müraciətini Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə formalaşdırıb və bu proses davam etməkdədir. Kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur.

ABC.AZ xəbər verir ki, müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək. Şəffaflığın təmin edilməsi üçün bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq.

Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı Fond tərəfindən mütəmadi qaydada təmin ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər