12:20 - 4.03.2020
4 mart, Fineko/abc.az. Caspian European Club-un idarə heyətinin üzvlərinin seçkisi başa çatıb. Seçkilərin nəticəsinə görə Caspian European Club-un yeni sədri Telman Əliyev seçilib. Telman Əliyev eyni zamanda Caspian European Club və Caspian Energy qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur. Bu barədə Caspian European Club-un mətbuat xidməti məlumat verib.
Caspian European Club-un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin qapalı səsvermə yolu ilə seçilən 6 üzv Zərifə Həmzəyeva (Gazelli Group-un prezidenti), Avni Dəmirçi (ZiraatBank Azerbaijan-nın idarə heyətinin sədri), Fərid Məmmədov (Caspian Event Organisers LLC-nin baş direktoru), Nəriman Məmmədov ( Transbroker / Narimanfilm-in baş direktoru), Rəşad Abbasov ( ASE Express & OCS-un direktoru) və Savaş Uzan (Azersun Holding-in idarə heyətinin üzvü) olub.
2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən öncə Caspian European Club-un rəsmi saytı (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan Caspian European Club-un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.
Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı Caspian European Club-un idarə heyətinin yeni heyətinin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə heyətinin üzvləri eyni zamanda Caspian European Club-un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024