Hansı ölkələrdən ev almaq sərfəlidir?-AÇIQLAMA

17:47 - 29.12.2017


29 dekabr, Fineko/abc.az. Son illər Gürcüstan, Türkiyə və digər ölkələrdən ev alan Azərbaycan vətəndaşları, daşınmaz əmlaka yatırım edənlər artıb.

Bəs hansı ölkələrdən əmlak almaq daha sərfəlidir?

Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov Fineko/abc.az-a bildirib ki, hazırda Avropa ölkələrindən daşınmaz əmlak almaq sərfəlidir. Onun sözlərinə görə, Avropa valyutası öz stabilliyini qoruyur, ona görə də bu ölkələrdəki daşınmaz əmlaklar öz dəyərini qoruyur. O bildirib ki, İtaliya, İspaniya, Almaniyada, Belçikada daşınmaz əmlak almaq məqsədəuyğundur.

Azərbaycanlılar Türkiyə ilə yanaşı, Avropda daha çox bu ölkələrdəki əmlaklarla maraqlanırlar. Burada evlərin qiyməti 40 min avrodan başlayır. Söhbət bir otaqlı evlərdən gedir.

Əmlakdan və onun yerləşmə yerindən aslı olaraq evlərin qiymətləri dəyişir: “Biri var ev şəhərin mərkəzində yerləşir, biri də var nisbətən şəhərdən kənarda. Bu qiymətlərə təsir edir”.

 

Bütün xəbərlər