Yanvarda kartlarla bu qədər ticarət əməliyyatı olub – Hesabat

14:08 - 5.03.2020


5 mart, Fineko/abc.az. Azərbaycanda dövriyyədəki bank kartları ilə bu ilin yanvar ayında aparılan ticarət əməliyyatlarının həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, sözügedən dövrdə əməliyyatların həcmi 160 milyon manat olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 14% artım qeydə alınıb.

Yanvar ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 44 milyon manatı ATM, 54 milyon manatı POS-terminal vasitəsilə ilə, 35 milyon manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 133 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 13% azalma deməkdir.

 

Bütün xəbərlər