“İrəli” sədri icra başçısı oldu - SƏRƏNCAM

14:27 - 5.03.2020


5 mart, Fineko/abc.az. Neftçala rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, M. Seyidov “İrəli” İctimai Birliyinin sədridir.

 

Bütün xəbərlər