“Günay Sığorta”-nın səhmdarları toplaşır – Mənfəətlərini bölüşəcəklər

11:06 - 6.03.2020


6 mart, Fineko/abc.az. “Günay Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ şirkətin elanına istinadən xəbər verir ki, yığıncaqda 2019-cu ilin yekunu üzrə maliyyə hesabatlarının təsdiqi və 2019-cu ilin yekunu üzrə xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, “Günay Sığorta” 7 milyon 700 min manat nizamnamə kapitalına sahibdir. Bunun 71,94%-i Yeganə Şirinovaya, 28,06%-i isə Mahmud Məmmədova məxsusdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər