Xarici şirkətlərin bağlanma tendensiyası azalıb – Fevral ayında

14:27 - 6.03.2020


6 mart, Fineko/abc.az. 2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.

ABC.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş fəaliyyətini dayandırmış xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,5 dəfə azalıb.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatından keçmiş (328) xarici investisiyalı kommersiya hüquqi şəxslərin 64,3 faizi xidmət, 19,5 faizi ticarət, 5,1 faizi sənaye, 2,7 faizi tikinti, 1,8 faizi kənd təsərrüfatı, 0,6 faizi nəqliyyat, 0,6 faizi rabitə, 2,7 faizi digər sahədə fəaliyyət göstərirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər