Daha bir böyük həcmli hərrac keçirilib – Məbləğ 20 milyon manat

16:47 - 6.03.2020


6 mart, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, Fondun AZ2042008683 ISIN-li, 20 mln manat həcmində, 6840 gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac artıq yekunlaşıb. Yerləşdirmə zamanı hərrac qiyməti 1,000 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib. İstiqrazların   ödəmə tarixi 27 noyabr  2038-ci ildir.

 

Bütün xəbərlər