İçərişəhərdə Novruz tədbirləri olmayacaq - Ləğv olundu

12:36 - 12.03.2020


12 mart, Fineko/abc.az. Hər il İçərişəhərdə keçirilən "Yazz!" Festivalı ləğv edilib. Bunu ABC.AZ-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildiriblər.

İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər