Azərbaycanda mart ayında bir həftə qeyri-iş günü olacaq

12:54 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Azərbaycanda, bahar bayramı kimi qeyd edilən Novruz bayramı ilə bağlı qeyri-iş həftəsi elan ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart həmçinin qeyri-iş günü olacaq.

 

 

Bütün xəbərlər