AZPROMO sahibkarlara müraciət edir

11:22 - 16.03.2020


16 mart, Fineko/abc.az. Belarus şirkətləri azərbaycanda fəaliyyət göstərən şirkətlər ilə birgə uşaq yeməklərinin istehsalı üçün müəssisənin qurulmasına maraq göstərir.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əməkdaşlıqda maraqlı olan şirkətlər layihələrini Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna təqdim edə bilərlər.

 

Bütün xəbərlər