AtaSığorta-nın Göyçay filialı bağlandı

14:42 - 16.03.2020


16 mart, Fineko/abc.az. Bir müddətdir ki, işçilərinin postlarını tərk edərək başqa şirkətlərə getmələri ilə gündəmə gələn "AtaSığorta"-dan yeni xəbər var.

Belə ki, şirkətin Göyçay filialı bağlanaraq fəaliyyətini dayandırıb.

ABC.AZ-ın əldə etdiyi məlumata görə, hazırda Göyçay filialının işlərini şirkətin Aran bölgəsi üzrə nümayəndəliyi həyata keçirir.

Hələlik filialın hansı səbəblərdən bağlandığı açıqlanmır. Qeyd edək ki, "AtaSığorta"-nın Göyçay filialının rəhbəri Namiq Muradov bir müddət əvvəl şirkətdəki işindən ayrılaraq "Azərbaycan Sənaye Sığorta"-nın sözügedən rayon filialının müdiri təyin olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər