Bu Komitənin fəaliyyəti çərçivəyə alındı - 4 günlük

16:01 - 16.03.2020


16 mart, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının fəaliyyəti martın 20-nə qədər məhdudlaşdırılır.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, vətəndaşlar qurumun “Elektron xidmətlər portalı”ndan yararlana, əlavə suallarla bağlı 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

"Əmlak Məsələləri Dövlət Komitəsi həmçinin, vətəndaşların sağlamlığı və təhlükəsizliyi səbəbi ilə hazır sənədlərin alınmasını müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, Novruz Bayramı ilə əlaqədar Əmlak Xidmətləri Məkanında martın 20-28-i qeyri-iş günləri olacaq", - deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər