Ərzaq bazarında vəziyyət qənaətbəxşdir - Vüsal Qasımlı

11:35 - 17.03.2020


17 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edib.

ABC.AZ-ın məlumatına görə, V. Qasımlı bildirib ki,  Azərbaycanda hər il ərzaq balansının tərtib olunması buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof, soğan, tərəvəzlər, bostan məhsulları,  meyvə və giləmeyvələr, ət və ət məhsulları,  süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və s. məhsulları üzrə aparılır.

Onun sözlərinə görə, ərzaq balanslarının təhlili onu göstərir ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir: " Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır və bu sahədə ehtiyatlarımız son illər 1-1,2 milyon ton olub. Bir qayda olaraq dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə edilən məhsulun 40 faizindən çox olur. 2019-cu ildə kartofla özünü təminetmə səviyyəsi 87,8 faiz olub".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər