Bu dəfə Novruz yarmarkaları qısamüddətlik olacaq - Siyahı

17:00 - 17.03.2020


17 mart, Fineko/abc.az. Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

ABC.AZ “Aqrar Tədarük və Təchizat” ASC-yə istinadən xəbər verir ki,  martın 19-dək baş tutacaq yarmarkalar Bakının Yasamal (Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi), Binəqədi (Süleyman Sani Axundov 5B), Nərimanov (Gənclik metrosunun yanı), Suraxanı (Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi) rayonlarında və Xırdalan şəhərində (Heydər Əliyev prospekti 41A) keçirilir.

Yarmarkalara 200-ə yaxın fermer tərəfindən satışa müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlərin tənzimlənməsinə, satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aparılır. Yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.

Qeyd edək ki, yarmarkaların keçirildiyi məkanlarla yanaşı, ASC-nin bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər