Azərbaycanın ixracı artıb - $97 milyon

17:20 - 17.03.2020


17 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 364 milyon 450 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 1 milyard 787 milyon 82 min ABŞ dollarlıq, ixrac əməliyyatları üzrə 3 milyard 249 milyon 367 milyon dollarlıq ticarət qeydə alınıb.

Saldo müsbət 1 milyard 462 milyon 285 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-fevral dövründə ticarət əməliyyatlarının həcmi 5 milyard 317 milyon 941 min dollar, o cümlədən idxal 2 milyard 165 milyon 811 min dollar, ixrac 3 milyard 152 milyon 129 min dolla, saldo müsbət 986 milyon 317 min dollar təşkil etmişdi.

Ötən ilin ilk 2 ayı ilə müqayisədə Azərbaycanın idxalı 378 milyon 729 min dollar azalıb, ixracı isə 97 milyon 238 min dollar artıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər