ASA sədri "AtaSığorta"-da baş verənlərə münasibət bildirdi - İnanmıram ki, şirkət çətinlik çəkir

11:13 - 18.03.2020


18 mart, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosasiyasının sədri Azər Əliyev son zamanlar " AtaSığorta"-dan ayrılıb başqa sığorta şirkətlərinə gedən işçilərlə bağlı məsələyə münasibət bildirib.

A.Əliyev ABC.AZ-a açıqlamasında qeyd edib ki, işçilərin "AtaSığorta"-dan çıxıb başqa yerdə işə girmələri adıçəkilən şirkətdə maliyyə durumunun pis olduğu anlamına gəlməməlidir.

ASA sədri qeyd edib ki, biz bu məsələni biraz analiz etsək görərərik ki, "AtaSığorta"-dan gedən mütəxəssislər yenə də avtomobillərin məsuliyyəti sığortası ilə məşğul olurlar və inanmıram ki, “AtaSığorta” çətinliklər çəkir: "Əgər onların portfelini analiz etsək görəcəyik ki, onlarda da avtomobillərin məsuliyyəti sığortası növündə bəzi problemlər var. Amma bu o demək deyil ki, şirkətin maliyyə vəziyyəti pisdir ki, ordan işçilər qaçsın. Sadəcə bu biraz neqativ PR-dır. Orda çox güclü və təcrübəli rəhbərlik var".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər