Milli Məclisin bu işçiləri gündə bir dəfə müayinədən keçəcək - Koronivirusa görə

17:29 - 18.03.2020


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Sərəncam verib.

ABC.AZ-ın məlumatına görə, Sərəncam Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqındadır. Sərəncama əsasən Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək.

Qeyd edək ki, Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər