“Atəşgah” sığorta agentliyinin fəaliyyətinin ləğv edilməsi “Atəşgah” və “Atəşgah Həyat” şirkətlərinin fəaliyyətinə təsir etmir

10:38 - 9.10.2017


“Atəşgah” sığota qrupu, qrupun fəaliyyətinin ləğv edilməsi haqqında informasiyanı təkzib edir.

Qrupun məlumatında deyildiyi kimi, “Atəşgah” sığorta agentliyinin fəaliyyətinin dayandırılması “Atəşgah” və “Atəşgah Həyat” şirkətlərinin fəaliyyətinə təsir etmir.

“Şirkətlərin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Şirkətlər, iş günləri saat 9:00-dan 18:00-ə qədər işləyir və hətta müştərilərin rahatlığı üçün, nahar fasiləsi zamanı da xidmət göstərir”, - xəbərdə belə deyilir.

“Atəşgah” sığorta şirkəti 1996-cı ildə təsis edilmişdir və 2016-cı ilin nəticələrinə görə, sığorta qrupu bazarda lider mövqeyini tutmuşdu.

Bütün xəbərlər