Bakıda sahibkar həbs olundu - Qaydalara riayət etmirmiş

16:39 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Ölkədə xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən hələ də nizam-intizamın halları pozulur.

ABC.AZ Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxtn sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5ci Piolis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsi ilətəqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilən barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər