Azərbaycanda 8 milyon manatdan çox mənfəət vergisi ödəyən sığorta şirkəti - 1 ildə

10:44 - 2.04.2020


2 aprel, Fineko/abc.az. "PAŞA Həyat Sığorta" ASC 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, "PAŞA Həyat Sığorta" ötən ili 32 milyon 13 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2018-ci illə müqayisədə 10 milyon 753 min manat və ya 50,5% çoxdur. Belə ki, "PAŞA Həyat Sığorta" 2018-ci ili 21 milyon 260 min manat xalis mənfəətlə bitirmişdi.

2019-cu ildə şirkətin cəmi gəlirıəri  nə az nə çox 196 milyon 978 min manat, cəmi xərcləri isə 156 milyon 742 min manat təşkil edib. Şirkət 40 milyon 236 min manat xalis mənfəətindən 8 milyon 223 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə şirkətin cəmi gəlirləri 151 milyon 89 min manat, cəmi xərcləri isə 124 milyon 321 min manat təşkil etmişdi. Həmin il Şirkət 26 milyon 768 min manat maliyyə mənfəətindən 5 milyon 508 min manat mənfəət vergisi ödəmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər