Bu sahibkarlar icarə haqqından azad olundu - 1 illik

10:54 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda dövlətə məxsus əmlakların icarəsində biznesə güzəşt ediləcək.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planınında qeyd olunub ki, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlar (o cümlədən kiçik və orta sahibkarlar) tərəfindən ödənilən icarə haqları 2020-ci ilin sonunadək tutulmayacaq.

Bununla yanaşı dövlət sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlara da güzəşt etmək niyyətindədir. Plana görə, sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları da  2020-ci ilin sonunadək alınmayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər