Sumqayıtda mobil hospital olacaq - Artıq işlərə başlanılıb

16:07 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Sumqayıtda əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır.

ABC.AZ xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səyyar hospital Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının ərazisində salınır.

Artıq bu məqsədlə dövlət sifarişi ilə xəstəxananın ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər