Azərbaycanda koronavirusdan bugünədək 44 nəfər sağalıb

16:59 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, onlardan 44 nəfəri müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmiş, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılmışdır.

 

Bütün xəbərlər