"Sənaye Sığorta" maliyyə hesabatını açıqlayıb - Ötən ilin

10:15 - 8.04.2020


8 aprel, Fineko/abc.az. "Sənaye Sığorta" şirkəti ötən illin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə "Sənaye Sığorta"nın cəmi gəlirləri 6 842 410,71 manat, cəmi xərcləri isə 5 866 169,90 manat təşkil edib.

Sözügedən dövrdə şirkətin əməliyyat gəlirləri 5 801 122,52 manat olub ki, bunun da böyük hissəsi - 5 631 317,90 manat birbaşa sığorta üzrə sığorta haqları olub.

Bundan başqa, "Sənaye Sığorta" ötən il xalis sığorta ehtiyatlarının dəyişməsindən 216 773 manat, investisiya gəlirləri kimi 616 650,35 manat, subroqasiya gəlirləri kimi 28 346,64 manat, sair gəlirləri kimi 179 518,18 manat əldə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər