Karantini pozan 9 minə yaxın sürücü saxlanıb - Son 7 gündə

11:05 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Son 7 gün ərzində xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər