Koronovirus ikinci məsələdir, əsas ərzaqdır - Aleksandr Lukaşenko

14:41 - 8.04.2020


8 aprel, Fineko/abc.az. “Neft neftdir, amma onu masaya qoymursan. Yemək məsələsi, dediyim kimi, ciddi problemdir. Buna görə əkin kampaniyasını ən qısa müddətdə başa çatdırmağı tələb edirəm".

ABC.AZ xəbər verir verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun vurduğu ziyandan danışarkən bildirib.

Yerli medianın yazdığına görə, Belarus prezidenti qeyd edib ki, il ərzində əkinçilik işlərini ən ciddi şəkildə ələ almaq lazımdır: "Bu, bir nömrəli tapşırıqdır. Koronovirus ikinci məsələdir. Karantin, komendant saatı və sair addımı atmaq ən asan yoldur, bunu 24 saat ərzində edə bilərik, bəs nə yeyəcəyik?. Əsas ərzaqdır”.

A.Lukaşenko dünyada baş verən aclığa diqqət çəkərək bəyan edib ki, artıq bir sıra ölkələr həyəcan təbili çalır: "Nəinki beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəhbərləri də yaxın vaxtlarda aclıq barədə danışmağa başlayıb. İndi hamı bu barədə danışır. Ən inkişaf etmiş ölkələrin liderləri belə. Buna görə də kənd təsərrüfatı, xüsusilə hazırkı əkin kampaniyası diqqət etməli olduğumuz ən vacib faktordur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər