TuranBank əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dəstək oldu

17:15 - 8.04.2020


8 aprel, Fineko/abc.az. 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memoranduma əsasən TuranBank əlillik dərəcəsi olan 3 şəxsə fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin olunmasında dəstək göstərdi.

Belə ki, dizayner kimi fəaliyyət göstərən Əliyeva Təranə və Quliyev Zəka bank tərəfindən kompüter monoblok, notebook və UPS, Sadıqov Qardaşxan isə döşəmə cilalama avadanlığı və sənaye tipli tozsoranla təmin olundular.

Bütün xəbərlər