Ölkədə daha 105 nəfər koronavirusa yoluxub, 19 nəfər isə sağalıb – Rəsmi

17:31 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 822 şəxsdən 63 nəfəri müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmiş, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Bütün xəbərlər