Azərbaycanda 4 sığorta şirkəti nizamnamə kapitalını artırıb - Hesabat

12:02 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycandakı səğorta şirkətlərinin hesabatı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 18,3% artaraq 782 milyon 79 min manat təşkil edib. Sığortaçılardan 14-də öhdəliklər artıb, 7-də isə azalıb.

O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 18,2% artaraq 743,04 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 20,2% artaraq 39 milyon 750 min manat olub. 14 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 4,85% artaraq 474 milyon 692 min manata, məcmu nizamnamə kapitalı isə 6,65% artaraq 366 milyon 35 min manata çatıb. Bazar iştirakçılarından 16-sı balans kapitalını, 4-ü isə nizamnamə kapitalını artırıb. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər