Bu qaydalara əməl etməyən sürücülər cəzalanacaq - İSB xəbərdarlıq etdi

09:48 - 13.04.2020


13 aprel, Fineko/abc.az. İcbari Sığorta Bürosun (İSB) nəqliyyat vasitələrinə şəhadətnamələrin verilməsi barədə açıqlama yayıb.

ABC AZ İSB-yə istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.

Bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə  gəlməsinə ehtiyac yoxdur. İSB bildirib ki, Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş  icbari sığorta müqavilələrinə aid deyil.

Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.

Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyət olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər