Əmək müqavisi ilə işləyənlərin sayı artıb - Statistika

14:14 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Aparılan işlərin nəticəsində özəl sektorda əmək müqavilələrinin sayında  artım dinamikası müşahidə edilib.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu ilin aprel 1-dən qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib. 
Müəllif: Elmir Murad

Bütün xəbərlər