2017-ci ilin əvvəlindən Azərbaycanda turistlər yalnız nağdsız hesablaşma metodu ilə təxminən 900 milyon manat xərcləyiblər

12:54 - 9.01.2018


9 yanvar, Fineko/abc.az. Mədəniyyət və Turizm Nazirliyi  turistlərin Azərbaycanda 2017-ci il ərzində xərclərinin ikiqat artdığını bildirir.

Nazirlik tərəfindən təqdim edilmiş statistik məlumata əsasən,  2016-cı ilin 10 ayı ərzində  turistlər Azərbaycanda plastik kartlar vasitəsilə 466 057 668 manat, 2017-ci ilin 10 ayı ərzində isə 871 597 845 manat xərcləmişlər. Beləliklə, il ərzində  xərclər  405 540 177 manat və ya  98% artmışdır.

Aşağıda, turistlərin plastik kartlar vasitəsilə aylar üzrə xərclərini əks etdirən cədvəl təqdim edilib:

 

Təqvim ayları 2016-cı il 2017-ci il
(10 ay)
Yanvar 28 197 825 86 812 555
Fevral 36 671 031 72 549 179
Mart 40 629 990 91 134 952
Aprel 34 488 025 80 552 142
May 48 634 529 92 635 415
İyun 74 806 144 83 766 392
İyul 40 885 460 95 706 277
Avqust 52 457 899 100 788 271
Sentyabr 56 805 726 93 236 076
Oktyabr 52 481 039 74 416 586
Noyabr 62 349 349  
Dekabr 73 881 102  
Cəmi 602 288 119 871 597 845