Pul üçün müraciət edən muzdlu işçilərin sayı açıqlanıb - 27 min nəfərdən çoxdu

15:14 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10 min 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 min 502 fərdi (mikro) sahibkar, cəmi 27 min 416 vergi ödəyicisi müraciət edib.

ABC.AZ xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisindən çalışan muzdlu işçilərin sayı 124 min 510 nəfərdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 min  68 işçini əhatə edən 8 min 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

 

Bütün xəbərlər