Maliyyə dəstəyi üçün 16 min 502 vergi ödəyicisi müraciət edib - Statistika

15:51 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 min 416 vergi ödəyicisi müraciət edib.

ABC.AZ xəbər verir ki,  bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33 milyon 780 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 milyon manat təşkil edir.

Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 min 636 vergi ödəyicisinə 24 min 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5 milyon 310 min manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində isə 16 min 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 min 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15 milyon 480 min manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3 milyon 530 min manat vəsaitin 3 min 41 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər