Azərbaycanın idxalı və ixracı azalıb – Rəsmi

12:34 - 15.04.2020


15 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min ABŞ dolları idi.

Xarici ticarət əməliyyatlarının həcminin azalması əsasən idxalın azalmasından qaynaqlanır. 2020-ci ilin ilk 3 ayında idxal əməliyyatları üzrə 2 milyard 636 milyon 969 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 4 milyard 206 milyon 765 min ABŞ dolları məbləğində ticarət aparılıb. Saldo müsbət 1 milyard 569 milyon 795 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 3 ayında idxalın məbləği 3 milyard 135 milyon 576 min dollar, ixracın məbləği 4 milyard 484 milyon 549 min dollar, saldo isə müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil etmişdi. Azərbaycana xam neft ixracından daxilolma 3 milyard 534 milyon 348 min dollardan 3 milyard 522 milyon 698 min dollara düşüb.

 

Bütün xəbərlər