Gürcüstan beynəlxalq təşkilardan yardım istədi - Onlara 1,5 milyard dollar ayrıldı

12:54 - 15.04.2020


15 aprel, Fineko/abc.az. İlin sonuna qədər Gürcüstan iqtisadiyyatına əlavə 1,5 milyard dollar yardım ediləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria deyib.

Nazir vəsaitin Gürcüstana Avropa Birliyi, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Alman İnkişaf Fondu və Fransanın İnkişaf Agentliyi tərəfindən ayrılacağını bildirirb. G. Qaxaria qeyd edib ki, donorlarla aparılan danışıqlar nəticəsində ilin sonuna qədər Gürcüstan iqtisadiyyatına əlavə 1,5 milyard dollar gəlir yatırlacaq.

"Ayrılan yardımlar həm büdcə yardımına, həm də konkret layihələrə yönləndiriləcək" deyə gürcü nazir bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər