Bir gündə 26 nəfər həbs olunub - Karantin qaydalarını pozublar

14:32 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

ABC.AZ xəbər Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

DİN-dən bildirilib ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7 314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər