İcbari Tibbi Sığorta hesabat açıqladı - 1,4 milyon şəxs həkimə gəlib

15:15 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,4 milyon, evə yazılan xəstələrin sayı 23 min 888 nəfər təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub.

Hesabata əsasən, sözügedən dövrdə cərrahi əməliyyatların sayı 10 min 060 təşkil edib. 2018-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 26% artım müşahidə olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər